Ukraynanın dövlət borcu 159,74 milyard dollara çatdı
Dünya
28.12.2024 02:56
Ukraynanın
ümumi dövlət borcu 159,74 milyard dollara çatıb,
TodayPress bu barədə ölkənin Maliyyə Nazirliyinə istinadən xəbər verir.
“Oktyabrda
dövlətin borcu 155,37 milyard dollar təşkil edib ki, bu da rekord
göstəricidir. Birbaşa dövlət borcunun ümumi məbləği hesabat tarixinə əvvəlki
ayda 148,61 milyard dollar ilə 153,03 milyard dollar təşkil edib. Eyni zamanda,
bir ay ərzində birbaşa xarici borc 105,9 milyard dollardan 109,57 milyard
dollara yüksəlib” məlumatda bildirilib.
2023-cü
ildə Ukraynanın dövlət borcu 145,32 milyard dollar olub.
Aynur
TAC
tag: Ukrayna, Borc, Dövlət, Rusiya , Müharibə, todaypress.az,