Ukraynanın dövlət aparatında ixtisarlar olacaq

Dünya

18.09.2024 18:00

“2025-ci ilin sonuna qədər Ukraynada dövlət aparatının həcmi üçdə bir azalacaq”. 

TodayPress xəbər verir ki, bunu Ali Radanın deputatı Olqa Vasilevskaya-Smaqlyuk deyib.

“Ümumilikdə dövlət aparatına gəlincə, biz onun gələn il təxminən 30 faiz ixtisar ediləcəyini gözləyirik” deyə deputat bildirib.

O, qeyd edib ki, əlavə qənaət tədbiri olaraq, Ukrayna hökuməti maaşların indeksləşdirilməsi istisna olmaqla, dövlət xərclərini artırmayacaq.

Töhfə Səməd

tag: Ukrayna ,Ali Rada, Olqa Vasilevskaya Smaqlyuk, Hökumət ,Maaşlar ,todaypress.az,