Ukraynanın Belqoroda hücumu nəticəsində 5 nəfər öldü
Dünya
31.08.2024 03:44
Ukrayna Silahlı Qüvvələrinin Belqorod və Belqorod vilayətinə hücumu nəticəsində ölənlərin sayı 5-ə, xəsarət alanların sayı isə 37-yə çatıb.
TodayPress xəbər verir ki,bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün “Telegram” kanalında məlumat verib.
“Ölənlərin sayı 5-ə
yüksəlib, altısı uşaq olmaqla 37 mülki şəxs yaralanıb”, - Qladkov vurğulayıb.
Qubernatorun sözlərinə
görə, Ukrayna Silahlı Qüvvələri Belqorodu “Vampire MLRS” kaset sursatlarla
atəşə tutub.
tag: Ukrayna, Rusiya, Vampire MLRS, Ölüm,Müharibə,todaypress.az,