Ukraynanın ATACMS-la vuracağı növbəti hədəf bəlli oldu
Dünya
24.11.2024 09:31
Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli ATACMS raketləri ilə vuracağı növbəti hədəf Rostov vilayəti ola bilər.
TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilib ki, vilayətdə mövcud olan dörd hərbi aerodrom hədəf alına bilər.
Qəzetin materialında həmçinin qeyd olunub ki, ABŞ Amerika raketlərinin çata biləcəyi 200 hərbi hədəfin xəritəsini tərtib edib.
Töhfə Səməd
tag: Ukrayna,ATACMS, ABŞ, Rusiya, todaypress.az,