Ukraynanın Aİ-yə daxil ediləcəyi tarix açıqlandı

Dünya

19.09.2024 16:00

“Kiyevin 2030-cu ilə qədər Avropa İttifaqına daxil olması real görünür”. 

TodayPress xəbər verir ki, bunu Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova bildirib.  

Onun sözlərinə görə, Ukrayna digər ölkələrlə müqayisədə Avropaya inteqrasiyanın sürətli tempini qoruyub saxlamağı bacarıb. 

“Mən əvvəllər müsahibəmdə demişəm və təkrar edəcəyəm: Hesab edirəm ki, Şarl Mişelin qarşıya qoyduğu məqsəd – Ukraynanın bu onilliyin sonuna kimi Aİ-yə daxil olması realdır” Maternova bildirib.   

Qeyd edək ki, 2024-cü ilin iyun ayında Ukrayna rəsmən Aİ-Ukrayna Hökumətlərarası Konfransının ilk iclasında Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesinə başlayıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın 2030-cu ilə qədər ittifaqa üzv ola biləcəyini bildirib.

Günəş Mərd

tag: Ukrayna,Kiyev ,Aİ ,Konfrans ,Şarl Mişel, todaypress.az,