Ukraynanın AES planı baş tutmadı

Dünya

14.08.2024 12:35

“Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində reydi avqustun 11-dək Kursk AES-ni ələ keçirmək məqsədi daşıyırdı”.

TodayPress xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Aptı Alaudinov deyib.

Onun sözlərinə görə, bu tapşırığı yerinə yetirmək mümkün olmayıb. 

Alaudinov qeyd edib ki, Ukrayna texnikasının böyük bir hissəsi artıq məhv edilib və Zelenskinin planları uğursuzluğa düçar olub.

Töhfə Səməd

tag: Ukrayna, Rusiya, Axmat, Aptı Alaudinov, Zelenski, todaypress.az,