Ukraynanın 9 təyyarəsi məhv edildi
Dünya
02.07.2024 16:00
"Rusiya hərbçiləri bir gündə Ukraynaya məxsus 9 ədəd döyüş təyyarəsini məhv edib".
TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın Mirqorod aerodromunda 5 ədəd “Su-27” təyyarəsini sıradan çıxarıb, ikisini isə zədələyib. Bundan başqa 4 ədəd “MiQ-29” qırıcısı da zərərsizləşdirilib.
Bildirilib ki, əməliyyat zamanı “İskander-M” tipli raketlərdən istifadə olunub.
Töhfə Səmədova
tag: Ukrayna, Rusiya, Hərbi Hava Qüvvələri, Müdafiə Nazirliyi, Döyüş Təyyarəsi, todaypress.az,