Ukraynanın 45 PUA-sı məhv edildi
Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən gecə Krım üzərində 33, Bryansk vilayəti üzərində isə Ukraynaya məxsus 2 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan başqa, Qara dəniz vasitəsilə Krıma tərəf hərəkət edən 10 pilotsuz qayıq da müəyyən edilərək, zərərsizləşdirilib.
Töhfə Səməd
tag: Rusiya, Hücum, PUA, Ukrayna, Qara Dəniz, Krım, todaypress.az,