Ukraynanın 4 vilayəti qırmızı zonaya daxil edildi
Ukrayna ordusunun atəşə tutması nəticəsində Malokaxovski meşəsi yanıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Ukraynalı hərbçilərin atəşi nəticəsində Malokaxovski meşəsində güclü yanğın baş verib. Hətta alov Peşanaya küçəsindəki şəxsi evə də keçib. İnsan təlafatı olmasa da, vətəndaşın anbarı külə dönüb” deyə bildirilib. Alovun ram edilməsi üçün, əraziyə hərbçilər də cəlb edilib. Operativ müdaxilə nəticəsində yanğın qısa müddətdə söndürülüb.
Ukraynanın bir sıra bölgələrində isə hava hücumu ilə bağlı xəbərdarlıq elan edilib. İlk növbədə Dnepropetrovsk və Xarkov, ardınca Poltava və Sumi vilayətləri qırmızı zonaya daxil edilib.
Töhfə Səməd
tag: Ukrayna, Atəş, Hərbçilər, Malokaxovski, Hücum, todaypress.az,