Ukraynanın 2025-ci il üçün hərbi strategiya planı açıqlandı

Dünya

10.01.2025 13:20

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rüstəm Umerov  yanvarın 9-da “Ramşteyn” formatında keçirilən görüşün 25-ci sessiyasında Ukraynanın 2025-ci il üçün hərbi strategiya planını təqdim edib. 

TodayPress xəbər verir ki, plan dörd əsas prioritetə əsaslanır: 

1. Cəbhə xəttinin sabitləşməsi,

2. Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi,

3. Səmanın və dəniz zolaqlarının mühafizəsinin gücləndirilməsi,

4. Rusiyanın üstünlük əldə etmək cəhdlərinə asimmetrik cavab verilməsi. 

Ukrayna müdafiə naziri, eyni zamanda, bəyan edib ki, “Ramşteyn” iştirakçıları Ukraynaya 145 milyard dollardan çox yardım elan ediblər.  Umerovun sözlərinə görə, “Ramşteyn” formatında növbəti görüş fevralda baş tuta bilər.

Günəş Mərd

tag: Ukrayna, Müdafiə ,Nazir ,Strategiya, todaypress.az,