Ukraynanı tərk edən deputatlar cəzalandırıla bilər
Dünya
08.10.2024 08:45
Ukraynanın Ali Radasına ölkəni tərk etmiş
deputatların parlament komitələrindən xaric edilməsi haqqında qətnamə daxil
olub.
TodayPress xəbər verir ki, bunu Ukrayna parlamentinin
deputatı Yaroslav Jeleznyak bəyan edib.
“Radada fərari deputatların komitələrdən xaric edilməsi
ilə bağlı yeni qərar qeydə alınıb ” deyə o qeyd edib.
Onun sözlərinə görə, söhbət Ukraynadan Böyük Britaniyaya
gedən və parlamentin komitə iclasında uzaqdan iştirak edən deputat Artem
Dmitrukdan gedir.
Jeleznyak əlavə edib ki, Andrey Odarçenkon da korrupsiya
ilə mübarizə komitəsindən çıxarılması planlaşdırılır.
tag: Rada, Ukrayna, Böyük Britaniya, Andrey Odarçenkon, Cəza, todaypress.az,