Ukraynalıların ən çox güvəndiyi adam
Dünya
04.02.2025 17:05
Hazırda Ukrayna vətəndaşlarının 72%-i Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Ukraynanın Londondakı səfiri Valeri Zalujnıya etibar edir.
TodayPress xəbər verir ki, bu barədə “New Image Marketing Group”un keçirdiyi sorğunun nəticələrində bildirilib.
Araşdırmanın nəticələrinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov reytinqdə ikinci (62%); boksçu Aleksandr Usik isə üçüncü yerdədir (60%).
Ölkənin hazırkı prezidenti Volodimir Zelenskiyə isə sorğuda iştirak edənlərin yarıdan çoxu (49%) güvənir.
Nicat Osman
tag: Ukrayna,London,Silah,Valeri Zalujnı,Todaypress.az,