Ukraynalıların ABŞ-yə köçməsinə qadağa qoyulacaq

Dünya

25.01.2025 10:50

ABŞ Ukraynadan olan miqrantların öz ərazisində müvəqqəti məskunlaşmaq üçün ölkəyə keçməsinə icazə verən bəzi proqramları dayandırıb.

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Bildirilib ki,  qadağa “Ukrayna naminə birləşmə” təşəbbüsünə təsir edib.

Xatırladaq ki, “Ukrayna naminə birləşmə” proqramı keçmiş Amerika prezidenti Cozef Baydenin hakimiyyəti dövründə başladılıb və proqramın köməyi ilə 150 mindən çox Ukrayna vətəndaşı ABŞ-yə köçüb.  

Hazırkı, ABŞ prezidenti Donal Tramp isə yeni miqrasiya siyasətinə zidd olan proqramlara qadağa qoyulmasını tələb edib.

Nicat Osman

tag: Ukrayna,ABŞ,Miqrant,Todaypress.az,