Ukraynalılar uşaqlarını xaricə qaçırır

Dünya

05.08.2024 10:21

Ukraynalı valideynlər səfərbərlik yaşına az qalmış övladlarını xaricə göndərməyə çalışırlar. 

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Həmin valideynlərdən biri agentliyə bildirib ki, ukraynalılar çox qorxur. Övladlarının ölüm xəbərini eşitmək istəmədiklərini vurğulayıblar.

Qeyd edək ki, bundan əvvəl Ali Rada açıqlamışdı ki, hazırda Ukraynada səfərbərlik yaşına çatmış, lakin hərbi xidmətdən yayınan 800 minə yaxın kişi var. 

Bundan başqa, bu il hərbi xidmətdən möhlət almaq üçün 200 minə yaxın kişi ali məktəbə sənəd verib. 

Töhfə Səməd

tag: Ukrayna, Uşaqlar, Ali Rada, Səfərbərlik, Xaric, todaypress.az,