Ukraynalılar NATO və Aİ-dən imtina etməyə hazırdır? - Sorğu

Dünya

29.08.2024 15:13

818

Ukraynalıların 18,5%-i Ukraynanın gələcəkdə NATO-ya üzvlükdən imtina etməyə hazır olduğunu iddia edir, 67 %-i isə bunu qəbuledilməz hesab edir. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Demokratik Təşəbbüslər Fondu və Razumkov Mərkəzinin sorğusunun məlumatlarında qeyd olunub. 

Eyni zamanda 71 faiz ukraynalı ölkənin Avropa İttifaqına üzvlükdən imtina etməsini qəbuledilməz hesab edir, 17% isə ondan imtina etməyə hazır olduğunu düşünür.

Qeyd edək ki, Demokratik Təşəbbüslər Fondu və Razumkov Mərkəzinin sorğusu 2024-cü il avqustun 8-dən 15-dək yalnız Ukrayna hökumətinin nəzarətində olan və hərbi əməliyyatların aparılmadığı ərazilərdə 2017 respondent arasında keçirilib.  

Günəş Mərd

tag: Ukrayna, NATO, Demokratik, Hökumət, Sorğu, todaypress.az,