Ukraynalı səfir beynəlxalq təmas qrupunun yaradılmasına qarşı çıxdı
Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev Almaniya Sosial Demokrat Partiyasının (SPD) Bundestaqdakı fraksiyasının rəhbəri Rolf Mütseniçin beynəlxalq əlaqələr qrupunun yaradılması təklifinə qarşı çıxıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Əsl sülh sazişini yaxınlaşdırmaq üçün bizə “təmas qrupları” yox, bütün dünya ölkələrini ədalətli sülhə nail olmaq yolunda işləməyə dəvət edən növbəti sülh konfransı lazımdır. Bizim buna ehtiyacımız var” deyə o, bildirib.
Makeyevin sözlərinə görə, sülhü əldə etmək üçün Kiyevə vasitəçilər yox, müttəfiqlər lazımdır.
Töhfə Səməd
tag: Ukrayna, Almaniya ,Aleksey Makeyev ,Sosial Demokrat Partiyası ,Kiyev, todaypress.az,