Ukraynalı qaçqınlar Latviyada müvəqqəti müdafiə statusunu itirdi
Latviyada yaşayan 18,6 mindən çox Ukrayna vətəndaşı müvəqqəti müdafiə statusunu itirib.
TodayPress xəbər verir ki, bu barədə Latviyanın Miqrasiya İdarəsi məlumat yayıb.
Səbəb isə bu şəxslərin viza və ya icazələrinin bitməsindən sonra vaxtında yeni sənədlər üçün müraciət etməmələridir. Onların bir qisminin ölkəni tərk etdiyi bildirilir.
Status itirildikdə həmin şəxslər həm maliyyə yardımı, həm də sosial xidmətlərdən istifadə hüququnu da itirirlər.
Qeyd edək ki, hazırda Latviyada müvəqqəti müdafiə statusu olan 47,7 minə yaxın şəxs yaşayır. Onların çoxu Ukraynadan gələn qaçqınlardır.
Türkan İsgəndərli
tag: Latvia,Ukrayna,Qaçqın,Status,Todaypress.az,