Ukraynalı miqrantları daşıyan avtobus aşdı, yaralananlar var

Dünya

20.06.2024 14:10

2845

Polşada ukraynalı miqrantları daşıyan avtobus qəzaya uğrayıb.

TodayPress-in xəbərinə görə, bu barədə xəbər yerli mətbuatda yayılıb. Bildirilib ki, içərisində 58 nəfərin olduğu nəqliyyat vasitəsi dönmə əməliyyatını yerinə yetirərkən aşıb. Nəticədə 14 nəfər xəsarət alıb. Onların ikisinin azyaşlı olduğu açıqlanıb.

Faktla bağlı araşdırma aparılır.

tag: Ukrayna, Polşa, Qəza, Miqrant, todaypress.az,