Ukraynalı diplomat paltaryuyan maşın aldığı üçün işdən çıxarıldı

Dünya

09.09.2024 13:40

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilini paltaryuyan maşın aldığına görə işdən çıxarıb. 

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

“Bizdə olan məlumata görə, bu (diplomatın işdən çıxarılması) siyasi akt deyil, onun diplomatik statusu var.  Əgər səhv etmirəmsə, məişət əşyaları və paltaryuyan maşın alıb və bu, qeyri-adekvat hesab edildiyi üçün işdən çıxarılıb” deyə Baş nazir qeyd edib. 

Xatırladaq ki, avqustun 9-da Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarişini geri çağırıb. 

Günəş Mərd

tag: Andrey Sibiqa,Ukrayna,Gürcüstan,Paltaryuyan, İrakli Kobaxidze,Mixail Xarişin,