Ukraynalı deputatlara “Telegram”dan istifadə qadağan edildi
Ukrayna Ali Radası deputatlara və parlament əməkdaşlarına “Telegram”dan istifadə etməyi qadağan edib.
TodayPress xəbər verir ki, bu barədə Radanın Söz Azadlığı Komitəsinin sədri Yaroslav Yurçişin “Facebook” sosial şəbəkəsində məlumat verib.
Yurçişinin sözlərinə görə, işdə və rəsmi ünsiyyətdə əldə olunan məlumatların “Telegram” üzərindən ötürülməsinə, həmçinin messencerin biznes kompüterlərində və ya rəsmi fəaliyyətlərdə istifadə olunan fərdi kompüterlərdə quraşdırılmasına qadağa qoyulur. Bundan əlavə, parlamentarilər məcburi iki faktorlu autentifikasiyanı aktivləşdirməli və kontakt sinxronizasiyasını ləğv etməlidirlər.
Qeyd edək ki, sentyabrın 20-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) mətbuat xidməti bu sahədə koordinasiya və nəzarət orqanının kibertəhlükəsizlik üzrə milli əlaqələndirmə mərkəzinin dövlət qurumlarında “Telegram”dan istifadəni məhdudlaşdırmaq barədə qərar qəbul etdiyini açıqlayıb. Qadağa yalnız şirkətə məxsus cihazlara aiddir və işçilərin şəxsi smartfonlarına şamil edilmir.
Töhfə Səməd
tag: Telegram ,Deputatlar, Qadağa ,Cihazlar, İstifadə ,todaypress.az,