Ukraynalı deputat: “Kiyev İstanbula ABŞ-siz gedə bilməz”
Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Rusiya ilə danışıqlar təklifi fonunda Kiyevin yalnız ABŞ-nin iştirakı ilə İstanbula getməsinin mümkün olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə o, “Telegram” kanalında paylaşım edib.
“Zəmanətçi nə Ərdoğan, nə də Makron ola bilər. Yeganə real zəmanətçi ABŞ-dir. Bu, Putinin yeganə ehtiyat etdiyi qüvvədir. Ona görə də İstanbula getmək lazımdır, amma yalnız Amerika ilə birlikdə. Birbaşa danışıqlar təkbaşına təhlükəlidir” deyə Qonçarenko qeyd edib.
Qiymət Mahir
tag: Ukrayna,Ali rada,Deputat,ABŞ,İstanbul,