Ukraynalı deputat adam döydü

Dünya

13.09.2024 03:34

Ukrayna Ali Radasının deputatı adam döyüb. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Zərərçəkmiş qeyd edib ki, onu Ukraynanın xalq deputatı vurub.

Deputatın adı çəkilməsə də, hadisənin Kiyevin mərkəzində baş verdiyi qeyd edilir.

Şikayətçi polis idarəsindədir, hadisə ilə bağlı protokol tərtib olunub, araşdırma aparılır.

"RBK-Ukrayna" agentliyinin mənbələrinə görə, söhbət deputat Aleksandr Kunitskidən gedir.

tag: Ukrayna, Deputat,Kiyev, Polis, Ali Rada,todaypress.az,