Ukraynadan Trampa cavab: Güzəştlər olmayacaq!
“Ukrayna Rusiya ilə müharibədə güzəştə getməyə və müharibəni dayandırmaq üçün hər hansı bir ərazidən imtina etməyə hazır deyil”.
TodayPress xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak bildirib. O, Kiyevin ədalətli sülhə nail olmaq üçün istənilən məsləhətə qulaq asacağını, lakin müstəqillik, azadlıq, demokratiya, ərazi bütövlüyü, suverenlik kimi mühüm məsələlərdə güzəştə getməyəcəyini qeyd edib.
Xatırladaq ki, Donald Tramp ABŞ prezidenti və demokratların namizədi Cozef Baydenlə son debatda Rusiya-Ukrayna münaqişəsini 24 saata bitirə biləcəyini demişdi.
Günəş Mərd
tag: Ukrayna, Rusiya, Andrey, Donald Tramp,Cozef Bayden, todaypress.az,