Ukraynadan qaçan deputat Londonda saxlanıldı
Dünya
25.09.2024 03:11
Ötən ay Ukraynadan qaçan Ali Radanın
deputatı Artem Dmitruk sentyabrın 24-ü səhər saatlarında Londonda saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın
“Strana.ua” nəşri parlamentariyə yaxın mənbələrə istinadən məlumat yayıb.
“Ekstradisiya ilə bağlı məhkəmə prosesi gedir, onun
barəsində həbs qətimkan tədbiri seçilməsi istənilir” məlumatda deyilir.
Sentyabrın 9-da Ukrayna bir sıra ölkələrə
Dmitrukun saxlanılması və daha sonra Kiyevə göndərilməsi üçün sorğu göndərib.
Deputatın Ukraynadan getməsi avqustun 26-da məlum olub.
Bundan əvvəl Dmitruk hüquq-mühafizə orqanının əməkdaşına və hərbçiyə hücum
etməkdə ittiham olunurdu. O, özü bu ittihamları “tamamilə uydurulmuş hekayə”
adlandırıb və onları “müxaliflərin ovu” ilə əlaqələndirib.
tag: Ukrayna, London, Deputat, Həbs, todaypress.az,