Ukraynadakı Qazaxıstan vətəndaşlarına ölkəni tərk etmək tövsiyə olundu
Qazaxıstan Kiyevdəki insanlarına Ukrayna
ərazisini tərk etmək imkanını nəzərdən keçirməyi tövsiyə edib.
TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan
mətbuatında bildirilib.
Məlumata görə, səfirlik müraciətini
gərginliyin artması ilə izah edib.
“Vətəndaşları Ukraynadan Qazaxıstana getmək
üçün quru marşrutlardan - Polşa və ya Moldovadan keçməklə kommersiya hava
yolundan istifadə edə bilərlər” məlumatda bildirilib.
Polşa ərazisindən gedən Qazaxıstan vətəndaşlarının Şengen
vizası olmalıdır. Moldovaya daxil olmaq üçün vizaya ehtiyac yoxdur.
Səfirlik həmçinin bütün vətəndaşları hava hücumu
xəbərdarlığına etinasızlıq göstərməməyə və dərhal sığınacaqlara getməyə
çağırıb.
tag: Ukrayna, Qazaxıstan, Polşa, Moldova, todaypress.az,