Ukraynadakı münaqişə qurbanlarının sayı açıqlandı
Dünya
13.12.2024 10:33
"Ukraynada münaqişə başlayandan bəri bir milyondan çox insan həlak olub və ya yaralanıb".
TodayPress xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
Onun sözlərinə görə, bu rəqəm hər həftə on min nəfərdən çox artır.
Rutte qeyd edib ki, Rusiya döyüş meydanında güclənir və NATO-nun təxminindən daha tez öz gücünü bərpa edir. Bununla bağlı o, Avropa sənayesinin təcili hərbiləşdirilməsinə çağırıb.
Töhfə Səməd
tag: Ukrayna, NATO, Katib , Mark Rutte ,todaypress.az,