Ukraynadakı müharibənin yeganə həlli yolu... – Ərdoğan
Dünya
13.06.2024 18:05
Ukraynadakı müharibənin yeganə həlli yolu danışıqlardır.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə İspaniyanın Baş naziri Pedro Sançeslə danışıqlardan sonra bildirib.
"Rusiya və Ukrayna arasında müharibə də gündəmimizdə idi. Mən bir daha vurğuladım ki, Ukraynada hərtərəfli sülh yalnız danışıqlar yolu ilə mümkündür. Biz Ukraynanın ərazi bütövlüyünün qorunmasının zəruriliyi ilə bağlı mövqelərimizi bir daha təsdiqlədik və müharibənin sülh yolu ilə həll edilməsinin zəruriliyini vurğuladıq” deyə Türkiyənin dövlət başçısı qeyd edib.
Günəş Mərd
tag: Ukrayna, Türkiyə, Prezident, Rəcəb Tayyib Ərdoğan, Baş nazir, todaypress.az,