Ukraynada Trampın Putinlə razılığa gələ biləcəyinə inanmırlar
Dünya
26.12.2024 11:01
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Ukraynadakı münaqişənin həlli üzrə danışıqların yaxın vaxtlarda baş tutacağı ehtimalı azdır.
TodayPress xəbər verir ki, bunu ukraynalı politoloq Vladimir Fesenko “Der Spiegel”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Trampın münaqişənin həlli ilə bağlı real sülh planı yoxdur. Bundan əlavə, Kreml çox sərt danışıqlar mövqeyi tutur ki, bu da dialoqun başlamasını çətinləşdirir.
Fisenko hesab edir ki, cəbhə sabitləşənə qədər tərəflər danışıqlar masasına əyləşməyəcək.
Politoloq, həmçinin Donald Trampın atəşkəsə nail olmaq üçün Vladimir Putin və Rusiyaya təzyiq göstərmək üçün təsirli vasitələri olduğuna şübhə ilə yanaşır.
Qeyd edək ki, dekabrın 22-də Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Putinlə görüşü gözləyəcəyini bildirib.
Günəş Mərd
tag: Ukranya ,ABŞ ,Rusiya, Putin, Tramp, todaypress.az,