Ukraynada səfərbərlik güclənir

Dünya

15.07.2024 15:52

Son üç ayda Ukraynada səfərbərlik səviyyəsi əvvəlki aylarla müqayisədə iki dəfə artıb.  

TodayPress xəbər verir ki, bu barədə “Reuters” yazıb.  

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Bohdan Senyk, bunu müsbət tendensiya adlandırıb. Səfərbər edilən əsgərlərin orta yaşı 40-a yaxındır.      

Qeyd edək ki, Ukrayna prezident Volodimir Zelenski aprel ayında hərbi xidmətə çağırış yaşını 27-dən 25-ə endirib və may ayında qüvvəyə minən, 60 yaşına çatmamış kişilərin səfərbərlik prosesinə yenidən baxan fərman imzalayıb. 

Səfərbərlik siyasətində aparılan islahatlardan sonra bəzi çağırış məntəqələrinə qeydiyyatdan keçmək üçün gələn kişi axını müşahidə edilib. 

Xatırladaq ki, Ukraynada səfərbərliyə cəlb olunan 25-60 yaş arası təxminən 11,1 milyon kişi var.  

Günəş Mərd

tag: Ukrayna, Səfərbərlik, Zelenski, Siyasət, todaypress.az,