Ukraynada Rus dili qadağan edildi: “Nəticələri ağır olacaq”

Dünya

30.10.2024 12:13

“Dövlət səviyyəsində dil təqibi siyasəti Ukraynaya Rusiya ilə hərbi münaqişədən daha çox ziyan vurur”. 

TodayPress xəbər verir ki, ukraynalı politoloq Ruslan Bortnik özünün “YouTube” kanalında bu təhlükəni respublika ərazisində hərbi əməliyyatlardan daha pis adlandırıb.

“Bu ölümcüldür. Ukraynaya hərbi əməliyyatlardan daha çox ziyan vurur. Dil, dini və digər mübahisələr nəticəsində milyonlarla, bəlkə də on milyonlarla insan zərər çəkəcək” deyə politoloq vurğulayıb.

Mütəxəssis hesab edir ki, Kiyev hakimiyyəti qəsdən cəmiyyəti “hündürlükdən atılan güzgü kimi” parçalayır.

Qeyd edək ki, Ukraynanın təhsil naziri Oksen Lisovoy məktəblərdə rus dilinin tam qadağan edilməsi ilə bağlı qanun layihəsini dəstəkləyib. Ali Radada çıxışı zamanı o bildirib ki, Ukrayna dövləti rus dilini qorumamalıdır, çünki bu, təcavüz alətidir.

Töhfə Səməd

tag: Ukrayna,Oksen Lisovoy , Rusiya, Dünya, Əməliyyatlar, todaypress.az,