Ukraynada rekord sayda insan sərhədi keçdi

Dünya

22.12.2024 17:41

Ukraynada sərhədi keçmək istəyənlərin sayında kəskin artım müşahidə olunur.

TodayPress "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

“Son 24 saat ərzində 150 ​​min vətəndaş sərhədi keçib. Bu, son illərin ən yüksək göstəricilərindən biridir"məlumatda deyilir. 

Bununla yanaşı, departament vurğulayıb ki, onlar çıxış və ya giriş istiqamətində aydın üstünlük müşahidə etmirlər - hər iki halda 75 minə yaxın sərhəd keçidi olub. 

Polşa ilə sərhəddəki keçid məntəqələrində xüsusilə sıxlıq müşahidə olunub.

Çıxış Macarıstan , Slovakiya , Moldova və Rumıniya ilə sərhəddə  də həyata keçirilib.

Günəş Mərd 

tag: Ukrayna,Sərhəd,Məntəqə,Keçid,Todaypress.az,