Ukraynada Qərbi Nil qızdırmasından ölənlər var
Dünya
30.08.2024 14:24
Kiyevdə yay mövsümü başlayandan 17 nəfər Qərbi Nil qızdırması ilə xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü xəstəliyin ağır gedişi səbəbindən dünyasını dəyişib.
TodayPress xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Bildirilib ki, yayın əvvəlindən paytaxtın Müqəddəs Maykl Klinik Xəstəxanasına Qərbi Nil qızdırması diaqnozu ilə 17 xəstə daxil olub.
Onlardan 10-u kişi, 7-si qadındır. Xəstələrin vəziyyəti ağır olduğundan onlardan 3-ü qızdırmadan dünyasını dəyişib.
Günəş Mərd
tag: Kiyev, Ukrayna, Nil, Qızdırma, Xəstəlik, todaypress.az,