Ukraynada qaz tankeri nəzarət-buraxılış məntəqəsinə çırpıldı
Dünya
28.09.2024 17:01
Ukraynanın Rovno və Jitomir vilayətlərinin sərhədində qazla dolu tanker nəzarət-buraxılış məntəqəsinə çırpılıb.
TodayPress xəbər verir ki, bu barədə “İnsider UA” məlumat yayıb.
Qəzadan sonra çəkilən görüntülərdə nəzarət-buraxılış məntəqəsinə daxil olan avtomobilə ciddi ziyan dəydib.
Hadisə nəticəsində iki polis nümayəndəsi ölüb, bir hərbçi isə yaralanıb. Hazırda yaralının vəziyyəti ağırdır. Tankerin sürücüsü saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Töhfə Səməd
tag: Ukrayna ,Rovno ,Jitomir, Avtomobil, Hadisə ,todaypress.az,