Ukraynada prezident seçkilərinin vaxtı müəyyən ediləcək
Dünya
11.12.2024 18:06
Ukraynada prezident seçkilərinin vaxtının təyin edilməsi ilə bağlı iclas keçiriləcək.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski özünün “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, iclas dekabrın 13-də Kiyevin Kassasiya İnzibati Məhkəməsində baş tutacaq.
Qeyd edək ki, bir müddət öncə “The Economist” qəzeti Ukraynada prezident seçkilərinin 25 may 2025-ci ildə keçirilə biləcəyi yazmışdı. Nəşr bildirmişdi ki, ölkədə atəşkəs və hərbi vəziyyətin ləğvi 20 yanvar 2025-ci ildə mümkündür.
Günəş Mərd
tag: Ukrayna,Prezident,Seçki,Ali Rada,Aleksandr Dubinski ,todaypress.az,