Ukraynada prezident seçkilərinin mümkün tarixi açıqlandı
“Ukraynada prezident seçkiləri 6-9 ay sonra keçiriləcək”.
TodayPress xəbər verir ki, seçkilərin mümkün tarixini Ali Radanın deputatı Nikolay Stefançuk açıqlayıb.
Millət vəkili əlavə edib ki, seçki ölkədə münaqişə bitdikdən sonra baş verəcək.
Onun sözlərinə görə, bu vaxta qədər Ukrayna 1991-ci ilin sərhədlərinə çatacaq, həm də Rusiyadan təzminat alacaq. Jurnalistin belə bir nəticənin real olub-olmaması ilə bağlı sualına deputat “qətiyyən yox” cavabını verib.
Töhfə Səməd
tag: Ukrayna, Prezident, Ali Rada, Rusiya,Nikolay Stefançuk ,todaypress.az,