Ukraynada münaqişə yeni mərhələyə qədəm qoyur

Dünya

13.01.2025 10:00

Fiber optiklə idarə olunan FPV (First Person View)  dronlarının artan istifadəsi Ukraynada münaqişənin yeni mərhələsini başladır. 

TodayPress xəbər verir ki, bu barədə Amerikanın "Newsweek" jurnalı yazıb.

“Rusiya və Ukrayna arasında dron müharibəsi yeni mərhələyə qədəm qoyur. Fiber optik dronlar son aylarda elektron müharibəyə qarşı əsas həllərdən biri kimi getdikcə daha çox istifadə olunur” nəşrdə deyilir.

Nəşrə müsahibə verən ekspertlər qeyd ediblər ki, münaqişə dönəmində cəbhə xəttinin müxtəlif hissələrində belə pilotsuz təyyarələrdən geniş istifadə olunub. 

Onlar bildiriblər ki, fiber-optik dronların üç əsas üstünlüyü var: onları tutmaq olmaz, radio aşkarlama sistemləri üçün görünməzdirlər və belə dronlar daha aydın kamera görüntüləri verir.

Günəş Mərd

tag: Dron, Fiber-Optik, Amerika ,Müharibə, todaypress.az,