Ukraynada münaqişə nə vaxt bitəcək? – İvanişvilinin proqnozu
Dünya
18.07.2024 12:50
“Ukraynada münaqişə ən geci bir ildən sonra başa çatacaq və əgər ABŞ-də prezident seçkilərində Respublikaçılar qalib gəlsələr, hətta yanvarda da bitə bilər”.
TodayPress, "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili deyib.
“Bizim maksimum bir il vaxtımız qalıb, bunun nəticəsində qlobal və regional siyasi maraqlar, o cümlədən Gürcüstanla bağlı maraqlar kökündən dəyişəcək” İvanişvili bildirib.
Onjun sözlərinə görə, Ukraynada münaqişə bitdikdən sonra Gürcüstanın ABŞ və Avropa ilə münasibətlərində yaranan bütün anlaşılmazlıqlar keçmişdə qalacaq. Gürcüstan qlobal siyasətdə oyunçular üçün tamamilə fərqli maraq obyektinə çevriləcək.
Günəş Mərd
tag: Ukrayna, Gürcüstan, Münaqişə, ABŞ, Avropa, todaypress.az,