Ukraynada könüllü qadınlar səfərbərliyə çağırıldı
“Ukraynada qadınları səfərbər etməyə başlamalıyıq”
TodayPress xəbər verir ki, bunu
"Qələbə" pilotsuz təyyarələri könüllü layihəsinin rəhbəri Mariya
Berlinskaya marafon zamanı deyib.
O bildirib ki, əks halda Ukrayna təslim olmaq məcburiyyətində
qalacaq.
Berlinskaya əlavə edib ki, belə bir tədbir
qeyri-populyar, lakin zəruri qərar olacaq.
Bundan əvvəl Kiyev Şəhər Ərazi Qəbul rəhbərinin köməkçisi
Taras Titarenko bildirib ki, 2024-cü ildə Ukraynada hərbi könüllülərin sayı əvvəlki
illərlə müqayisədə azalıb.
O qeyd edib ki, indi hərbi komissarlıqların qarşısında
kişi növbəsi yalnız səfərbərlikdən möhlət və ya rezervasiya üçün müraciət etmək
istəyənlərlə məhdudlaşır.
Aynur TAC
tag: Ukrayna, Səfərbərlik, Pilotsuz, Kiyev, todaypress.az,