Ukraynada kişi çatışmazlığı: qadınlar yük maşını sürəcəklər
Dünya
02.08.2024 16:31
Ukraynada nəqliyyat şirkətləri kişi çatışmazlığı səbəbindən qadınları və əcnəbiləri yük maşını sürücüsü kimi işə götürmək imkanını nəzərdən keçirir.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının vitse-prezidenti Vladimir Balin məlumat yayıb.
O, bildirib ki, bu, hələ tam effektiv çıxış yolu deyil, lakin bu istiqamətdə işlər görülür.
Balin əlavə edib ki, kadr çatışmazlığı problemini həll etmək üçün başqa variant isə əcnəbilərin cəlb edilməsi ola bilər. Bununla belə, o qeyd edib ki, bu, müəyyən hüquqi çətinliklərə səbəb olur. Çünki bəzi ölkələrin vətəndaşları Avropaya daxil olmaq üçün viza almalıdırlar ki, bu da işəgötürənin üzərinə əlavə yük yaradacaq.
Balinin sözlərinə görə, Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının şirkətlərində sürücü çatışmazlığı təxminən 30 faizə yaxındır. Eyni zamanda, o qeyd edib ki, iqtisadiyyatın digər sahələrində də kadr çatışmazlığı müşahidə olunur.
Xatırladaq ki, bundan əvvəl Ukrayna İnfrastruktur Nazirliyinin rəis müavini Sergey Derkaç demişdi ki, hazırda qadınların kütləvi şəkildə iri nəqliyyat vasitələrini idarə etməsinə dair proqram hazırlanır.
Töhfə Səməd
tag: Ukrayna, Kişi Çatışmazlıq, Avtomobil, Avropa, Yük Maşını, todaypress.az,