Ukraynada ilk dəfə ərazi güzəştləri müzakirə olunmağa başladı

Dünya

12.10.2024 13:13

1365

Ukrayna hakimiyyəti ilk dəfə olaraq münaqişələrin həlli üçün ərazi güzəştlərini ciddi müzakirə etməyə başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.  

Mənbədə, ABŞ prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Vaşinqtonun yavaş-yavaş Ukraynaya yardımdan imtina edəcəyi qeyd olunub. 

“Biz düşünürdük ki, qələbə Rusiyanın qeyd-şərtsiz təslim olması olmalıdır. Ancaq güzəştlər olmadan edə bilmərik” deyə mənbədə razılaşmanın Rusiya tərəfi üçün də faydalı olmasının lazım olduğu vurğulanıb. 

Günəş Mərd

tag: Ukrayna,Ərazi,Ruisya,Sülh,Todaypress.az,