Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadıldı

Dünya

07.08.2024 14:26

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin uzadılması və ümumi səfərbərlik haqqında qanunları imzalayıb.

TodayPress xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Ali Radasının saytına istinadən məlumat yayıb.

Bildirilib ki, sözügedən qanunlar avqustun 12-dən etibarən, azı daha 90 gün, başqa sözlə, noyabrın 9-dək qüvvədə olacaq.

Qeyd edək ki, Ukraynada bu hüquqi rejim Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri artıq 12 dəfə uzadılıb.

tag: Ukrayna, Rusiya, Ukrayna, Zelenski, Prezident, Ali Rada, todaypress.az,