Ukraynada helikopter qəzaya uğradı, ölənlər var
Dünya
02.09.2024 01:13
Xarkov Milli Hərbi Hava
Qüvvələri Universitetinin aviasiya briqadasında Mi-2 helikopteri təlim uçuşu
zamanı qəzaya uğrayıb, iki nəfər həlak olub.
TodayPress xəbər verir ki, bu barədə İvan
Kojedub adına Xarkov Milli Hava Qüvvələri Universiteti məlumat yayıb.
“Universitetin aviasiya hazırlığı briqadasında bir Mi-2
helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb. Iki nəfərdən ibarət hava
gəmisinin ekipajı ölüb.
Hadisə yerində müstəntiqlər, mövzu üzrə ekspertlər və
Ukrayna Müdafiə Nazirliyinin xüsusi komissiyasının mütəxəssisləri işləyir” məlumatda
diqqətə çatdırılıb.
tag: Ukrayna,Qəza, Xarkov, Mİ-2,todaypress.az,