Ukraynada güllələnən Ali Radanın keçmiş deputatı öldü - YENİLƏNDİ
Dünya
20.07.2024 01:32
Ukraynda naməlum şəxs tərəfindən
güllələnən Ali Radanın keçmiş deputatı İrina Farion Lvovda xəstəxanada
dünyasını dəyişib.
TodayPress xəbər verir
ki, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski
teleqram kanalında bildirib.
“Həkimlərin bütün səylərinə
baxmayaraq, İrina Farionu xilas etmək mümkün olmadı” deyə o qeyd edib.
Hüquq-mühafizə orqanları hücum edənin şəxsiyyətinin müəyyən edilərək tutulması istiqamətində tədbirlər görür, faktla bağlı cinayət işi açılıb.
***
21:36
Ukraynanın Lvov şəhərində naməlum
şəxs Ali Radanın keçmiş deputatı İrina Farionu güllələyib.
TodayPress xəbər verir ki, bu
barədə Ukrayna KİV məlumat yayıb.
Keçmiş deputatın sağ olduğu
qeyd olunur.
tag: Ukrayna, Deputat, Ali Rada, İrina Fario,todaypress.az,