Ukraynada GPS problemi yarandı

Dünya

30.10.2024 10:31

Qlobal Mövqe təyinetmə Sistemində (GPS) yaranan nasazlıq səbəbindən Kiyev sakinləri Belarusa üz tutub. 

TodayPress xəbər verir ki, bu barədə “Strana.ua” nəşri yazıb.

“Kiyev vilayətinin şimal hissəsinin bir çox sakini Belarusa köçdü. Qomel və Mozırda cib telefonlarının geopozisiyasında dəyişiklik, xüsusən də Vışqorod vilayətinin bir neçə kəndinin sakinləri tərəfindən aşkar edilib” deyə nəşr yazır.

Qeyd olunur ki, GPS ilə bağlı problemlər iki gündür davam edir. Nəşrə müsahibə verən Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının sözlərinə görə, vəziyyət çox güclü elektron müharibə sistemlərinin işləməsi ilə bağlıdır.

Töhfə Səməd

tag: Belarus, Kiyev, GPS, Ukrayna, todaypress.az,