Ukraynada fərarilərə bəraət veriləcək
Dünya
17.07.2024 12:26
Ukrayna Ali Radası fərariliyə görə cinayət məsuliyyətinin aradan qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirlib ki, hərbi qulluqçular xidmətə könüllü qayıdarsa, onlar bəraət qazanacaqlar.
“Müharibə zamanı hərbi qulluqçuların könüllü olaraq xidmətə qayıtdıqları və komandirdən yazılı razılıq aldıqları halda, hərbi hissəni özbaşına tərk etmə və ya fərariliklə bağlı cinayət məsuliyyətindən azad edilməsi təklif edilir” deyə qaydada yazılıb.
Qeyd edək ki, qərar ilk oxunuşda qəbul olunub.
Töhfə Səməd
tag: Ukrayna, Müharibə, Əsgərlər,Hərbi, Cinayət, todaypress.az,\,