Ukraynada dil müfəttişləri vəzifəsi yaradılacaq

Dünya

10.09.2024 14:25

1844

“Ukraynanın İvano-Frankivsk şəhərində insanlar daha çox rus dilində danışmağa başlayıblar. Bununla bağlı şəhər rəhbərliyi dil müfəttişləri vəzifəsini tətbiq etməyi planlaşdırır”.

TodaypPress yerli KİV-ə istinadən xəbər verir ki, bunu şəhərin meri Ruslan Martsinkiv bildirib.  

"Biz çox güman ki, İvano-Frankivskdə belə bir ictimai təşəbbüs - dil müfəttişləri təqdim edəcəyik. Çünki təəssüf ki, İvano-Frankivskdə daha çox rus dili var" deyə Martsinkiv deyib. 

Onun sözlərinə görə, bu, həm şəhər, həm də bütövlükdə Ukrayna üçün problemdir.

Günəş Mərd

tag: Ukrayna, Ivano-Frankivsk,Dil Müfəttişləri, İnsanlar, todaypress.az,