Ukraynada bəzi vətəndaşların hərbi xidmətə çağırışı dayandırıldı

Dünya

23.09.2024 18:00

2933

Ukraynada 18-25 yaş arası sağlamlıq imkanları məhdud olan şəxslərin hərbi xidmətə çağırılması dayandırılıb. 

TodayPress xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz “Telegram” kanalında məlumat verib.

Deputatın sözlərinə görə, bununla bağlı ölkənin Hərbi Komissarlıqlarına müvafiq göstəriş göndərilib. İndi bu kateqoriyadan olan vətəndaşların hərbi xidmətə çağırılması yalnız onların yazılı razılığı ilə mümkündür.

Qonçarenko aydınlaşdırıb ki, direktiv fiziki hazırlığı məhdud olan və artıq səfərbər olanlara şamil edilmir. 

Töhfə Səməd

tag: Ukrayna, Sağlamlıq ,Ali Rada ,Hərbi Komissarlıq ,Aleksey Qonçarenko ,todaypress.az,