Ukraynada azərbaycanlı nazir müavini təyin olundu
Ukraynada icmaların və ərazilərin inkişafı
naziri müavini vəzifəsinə əslən azərbaycanlı, Timur Firudin oğlu Məmmədov
(Tkaçenko) təyin olunub.
TodayPress xəbər verir ki, Ukrayna Nazirlər Kabineti
bununla bağlı sentyabrın 27-də qərar qəbul edib.
T. Məmmədov buna qədər Ukrayna strateji sənayelər
nazirinin müavini olub. Onun atası Firudin Məmmədov Ukraynada Azərbaycan
diasporunun fəal üzvlərindən biri olub. F. Məmmədov 2023-cü ildə vəfat edib.
tag: Azərbaycan, Ukrayna, Nazir Müavini, Timur Məmmədov, todaypress.az,