Ukraynada 200-ə yaxın atışma oldu
Dünya
03.09.2024 11:14
“Sentyabrın 2-də döyüş xəttində 197 döyüş toqquşması qeydə alınıb. Rusiya qoşunları dörd istiqamətdə fəallaşıb”.
TodayPress “RBK-Ukrayna”ya istinadın xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahın bildirdiyinə görə, ən gərgin döyüşlər Pokrovski istiqamətində qeydə alınıb.
Xarkov istiqamətində isə Vovçansk yaxınlığında beş toqquşma baş verib.
Dnepr istiqamətində rusların iki hücumu dəf edilib.
Günəş Mərd
tag: Ukrayna, Vovçansk,Xarkov, Ukrayna ,Toqquşma, todaypress.az,