Ukrayna Zurabişvilini Kiyevə dəvət etdi

Dünya

19.08.2024 18:00

2368

Ukrayna tərəfi Gürcüstan prezidenti Salome Zurabişvilini sentyabrın 11-də keçiriləcək “Krım platforması”nın dördüncü sammitində iştirak etmək üçün Kiyevə səfərə dəvət edib.

TodayPress  xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Gürcüstan liderləri 2022-ci ildən Kiyevə səfər etməyiblər.

Günəş Mərd

tag: Kiyev, Gürcüstan, Salome Zurabişvili,“Krım Platforması, Ukrayna, todaypress.az,